Azərbaycanlı hakim Çempionlar Liqasında

Avropa Voleybol Konfederasiyası azərbaycanlı beynəlxalq dərəcəli referi Eldar Əliyevə növbəti təyinat verib. 

Newsport.az-ın məlumatına görə, qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Dinamo” (Rusiya, Kazan) – “Vakıfbank” (Türkiyə) matçı həmyerlimizə həvalə edilib.

Yarışın son qalibinin ev sahibliyi edəcəyi görüşdə Əliyevə israilli Roy Qoren köməklik edəcək.

Qeyd edək ki, fevralın 10-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right