Təhmasibi 2-ci, Çunayev 3-cü yerdə

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, yunan-Roma güləşi üzrə yeni ilin ilk reytinq siyasını açıqlayıb. 

 

Newsport.az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 7 güləşçimizin adı daxil edilib.

Ən yaxşı göstərici Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb.

Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə qərarlaşıb.

59 kq
13. Taleh Məmmədov - Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (12)

66 kq
7. Həsən Əliyev - DÇ 5-ci yer (7)

71 kq
3. Rəsul Çunayev - DÇ 3-cü yer (3)

75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)
11. Rafiq Hüseynov - Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (11)

85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)

130 kq
17. Sabah Şəriəti - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (15)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right