Dünən Belçikada keçirilən CSI-2* kateqoriyalı beynəlxalq “Lier” turnirinə yekun vurulub.
Newsport.az saytının məlumatına görə, 3 günlük yarışda ölkəmizi milli komandamızın üzvü Patrik MakEntee təmsil edib. İdmançımız əvvəlcə “Alice” ləqəbli atla “Small Tour Grand Pri” mərhələsinin qalibi olub. Ardınca isə Patrik MakEntee cavan atlarla keçirilən yarışa qoşulub. Bu mərhələdə “April Marais Mury Z” ləqəbli atla çıxış edən çaparımız yenə birinci yeri tutub.