Karateçilərimiz erməniləri çiləyərək ağlatdılar

Türkiyənin Ərzurum şəhərində 11-ci Beynəlxalq "Palandökən" turnirinin komanda kumite yarışlarında erməni idmançılarla tatamiyə çıxan karateçilərimiz rəqibi biabırcasına məğlub ediblər.
 
Newsport.az saytının məlumatına görə, böyüklərdən ibarət seçmə komandanın üzvləri Pənah Abdullayev və Əli Cəfərov rəqibə heç bir şans vermədən 7:0 hesablı qələbələrlə komandamıza və onu dəstəkləyən böyük auditoriyaya gözəl anlar yaşadıblar. Komandanın heyətində həmçinin Yusif Əliyevlə Vüsal İsrafilov da yer alıb. 
 
Görüşdən dərhal sonra pərt vəziyyətə düşən ermənilər yarış zalını tərk ediblər. Onlardan bəziləri məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilməyiblər. 
 
Diqqət mərkəzində olan o döyüşü və yarışdan sonra qaliblərin müsahibələrini təqdim edirik. 
 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right