Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov bu gün növbəti döyüşünü keçirib.
Newsport.az-ın məlumatına görə, boksçumuz Kiyevdə ukraynalı boksçu Valentin Kutsla üz-üzə gəlib. Reytinq xarakterli döyüş cəmi 2 raund davam edib. F. Məmmədov rəqibi üzərində nokautla qalib gəlib.