ATV kanalının idman aparıcısı - həmkarımız Sənan Şəfizadə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Newsport.az-ın məlumatına görə, oktyabrın 30-da Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının İcra Aparatının rəhbəri və baş elmi katibi professor Arif Quliyev fəlsəfə doktoru diplomunu Sənan Şəfizadəyə təqdim edib.
Dissertasiya işində Şəfizadənin elmi rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Axundzadə, məsləhətçi isə filologiya üzrə fəlsəfə doktoru, professor Validə Məmmədova olub.