Məşhur boksçu Mayk Tayson uşaq vaxtı başına gələn xoşagəlməz hadisə ilə bağlı şok açıqlama verib.
Newsport.az-ın məlumatına görə, "dəmir" ləqəbli boksçu 7 yaşında başına gələn xoşagəlməz olayı belə izah edib:
"Yeddi yaşım olanda təcavüzə uğramışam. Məni zorlayan şəxs qoca kişi idi. Məni küçədə tutdu, təhqir etdi, sonra təzavüz etdi. Həmin vaxt azyaşlı idim. Bu hadisədən sonra onu bir daha görmədim".
48 yaşlı sabiq boksçu hadisə ilə bağlı polisə şikayət etmədiyini deyib: "Həmin zorakılığın mənə psixoloji təsir edib-etmədiyini bilmirəm. Polisə də şikayət etmədim. Sadəcə, öz həyatımı yaşadım".