Federasiya rəhbəri Şahdağ və Heydər zirvələrinə yürüş edib

Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) vitse-prezidenti Helmut Knabl Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəvəti ilə Azərbaycana səfər edib. 

Newsport.az saytının məlumatına görə,  avqustun 6-14 tarixlərində baş tutan səfər çərçivəsində Helmut Knabl  Azərbaycanın füsünkar dağ massivləri ilə tanışlıq məqsədilə FAİREX-in “Salavat” idman klubunun rəhbəri İlqar İsrafilovun bələdçiliyi ilə Şahdağ zirvəsinə  və Qızıl qaya massivindəki Heydər zirvəsinə yürüş edib. 2 gün davam edən yürüş zamanı qonaq Böyük Qafqazın suayrıcı və yan silsiləsində yerləşən zirvələrin Azərbaycanda dağçılıq idmanının inkişafında böyük əhəmiyyətə malik olduğunun, yeni fəaliyyətə başlayan dağçılar üçün populyarlığının və belə yürüşlərin ənənəvi hal aldığının şahidi olub. H.Knabl  Şahdağ və Heydər zirvələrinin mənzərəsindən xüsusi zövq aldığını qeyd edib, Azərbaycanda dağçılıq sahəsində mövcud potensialı müsbət qiymətləndirib, həmçinin dağçılıq idman növlərinin inkişafına dair öz dəyərli tövsiyələrini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right