Avqustun 12-də Norveçin Tromso şəhərində FİDE prezidenti uğrunda seçkilər keçirilmişdir.
Newsport.az saytının məlumatına görə, əsas posta 2 namizəddən Kirsan İlyumjinov və Harri Kasparov arasında keçirilən mübarizə birincinin qələbəsi ilə başa çatıb. Belə ki, Kirsan İlyumjinov 172 mümkün səsdən 110-nunu toplayaraq növbəti dörd ildə yenidən Dünya Şahmat Federasiyası - FİDE-nin prezidenti seçilib.
Xatırladaq ki, Kirsan İlyumjinov 1995-ci ildən bu quruma rəhbərlik edir. Azərbaycan Şahmat Federasiyasının FİDE-nin seçki-konqresində vitse-prezident Faiq Həsənov təmsil edib.