Sabah “Sərhədçi” İdman Olimpiya Mərkəzində AİBA Proboxing turniri çərçivəsində peşəkar boksçumuz Fariz Məmmədov rinqə çıxacaq.
Newsport.az-ın məlumatına görə, Məmmədovun rəqibi rusiyalı Andrey Zamkoyov olacaq. Fariz döyüşdən əvvəl bu barədə danışıb:
“Məhəmmədrəsul Məcidovun turnirdən imtina etməsindən sonra Bakıda yalnız mən rinqə çıxacam. Bilirəm ki, hər kəs məndən qələbə gözləyir. Hamının diqqəti üzərimdədir. Amma bu mənə psixoloji gərginlik yaratmır. Əksinə doğma divarlar arasında, azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq niyyətindəyəm".
iyyətindəyəm". 




