Sabah “Sərhədçi” İdman Olimpiya Mərkəzində AİBA Proboxing turniri çərçivəsində həmyerlimiz Fariz Məmmədov rusiyalı Andrey Zmakoyovla döyüşəcək.
Newsport.az-ın məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan Fariz Məmmədov mətbuat konfransında iştirak edib. F.Məmmədov sabahkı döyüşdə azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq istədiyini bildirib: “Məhəmmədrəsul Məcidovun turnirdən imtina etməsindən sonra Bakıda yalnız mən rinqə çıxacam. Bilirəm ki, hər kəs məndən qələbə gözləyir. Hamının diqqəti üzərimdədir. Amma bu mənə psixoloji gərginlik yaratmır. Əksinə doğma divarlar arasında, azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq niyyətindəyəm”.
Futbolxeber.az