Azərbaycan cüdo məktəbinin və "Qəbələ" İdman Klubunun ən perspektivli cüdoçularından sayılan Mehman Sadıxov növbəti beyməlxalq uğura imza atıb.
Newsport.az məlumatına görə, Amerika Birləşmiş Ştatlarında keçirilən Gənclərin Dünya Birinciliyində 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız keçirdiyi 6 görüşün yalnız 1-ində məğlub olaraq turnirin bürünc medalına sahib olub. Sadıxov bürünc medal uğrunda görüşdə Yaponiya cüdoçusuna qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Xatırladaq ki, bu çəki dərəcəsində 44 cüdoçu medallar uğrunda mübarizə aparırdı.