Məşhur ingilis boksçu Frank Maloney cinsiyyətini dəyişdirib.
Newsport.az saytının məlumtına görə, 61 yaşlı məhşur bundan sonra qadın kimi yaşayacaq.
İngiltərənin “Sunday Mirror” qəzetinə açıqlama verən yeni Kelli bunun səbəblərindən danışıb:
“Mən yanlış bədəndə doğulmuşam. Hər zaman qadın olduğumu bilirdim. Başqa cinsiyyətlə daha artıq yaşaya bilməzdim. Bu yüklə yaşamaq məni tezliklə öldürəcəkdi. İndi etiraf edim ki, gizli hormon müalicəsi keçirdim və tüklərdən xilas oldum. Doğuşdan səhv olan cinsiyyətimi dəyişdim. Məndə qadın beyni var. Özümü başqa uşaqlarla müqayisə etməyə başladığım andan fərqli olduğumu bilirdim və qızları qısqanırdım “.
Qeyd edək ki, Maloney iki dəfə ailəli olub. Onun ikinci həyat yoldaşı ilə 15 il evli qalan Maloneyin bu evliliyindən iki qızı, əvvəlki evliliyindən isə bir qızı var. O, illərlə Lennoks Levis, David Haye, Rendall Munroe kimi boksçuların məşqçiliyini edib.