Çimərlik futbolu üzrə növbəti Bakı birinciliyi başa çatıb.
Newsport.az saytının məlumatına görə, yarışda 8 komanda iki qrupda mübarizə aparıb. Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksəliblər. Paytaxt birinciliyinin qalibi olan “Riad Farm” klubu olub. Belə ki, çempion komanda “Olimpik Buzovna”, “Hövsan” və “Xilə” ilə eyni qrupda mübarizə aparıb.
1-ci oyunda “Xilə”ni 11:2, 2-ci oyunda “Hövsanı” 4:1, 3-cü oyunda “Buzovna”nı 5:4 hesabı ilə məğlub edən “Riad Farm” yarımfinalda “Şüvəlan”ı 7:4 hesabı ilə üstələyib. Final görüşündə “Mr Fix” klubunu 11:4 qalib gələrək, çempionu olub.