Güləşçimiz dünya ikincisi oldu

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. 

Newsport.az saytının məlumatına görə, çempionatın son günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub. 

55 kq çəki dərəcəsində Mircəlal Həsənzadə finala qədər inamlı güləşib. Ardıcıl olaraq Qazaxstan və Yaponiya güləşçilərini təmiz qələbə, Gürcüstan güləşçisini böyük hesabla üstələyən təmsilçimiz, yarımfinalda ABŞ idmançısı ilə gərgin keçən görüşü də qələbə ilə başa vurub. Finalda Mircəlal Həsənzadə Rusiya idmançısına minimal xal fərqi ilə uduzaraq Dünya çempionatının gümüş medalına sahib olub.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right