Yaponiya Üzgüçülük Federasiyası idmançısı Naoya Tomitanı cəzalandırıb.
Newsport.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna idmançının oğurluq etməsi səbəb olub.
Cənubi Koreyanın İnçeon şəhərində keçirilən 17-ci Asiya Oyunlarında 100 metr məsafədə yarışan Tomita jurnalistin kamerasını oğurlayıb. Bu səbəbdən idmançı 1,5 il müddətinə (2016-cı il, martın 31-nə qədər) beynəlxalq yarışlardan kənarlaşdırılıb. Tomitaya eyni zamanda 1 milyon von (734 manat) məbləğində pul cəzası da kəsilib.
Qeyd edək ki, 25 yaşlı üzgüçü 2010-cu il dünya çempionatı və 2010-cu il Asiya Oyunlarında ölkəsinə qızıl medal qazandırıb.