Müqəddəs Qurban bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimizi yetiririk. Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli mənəvi həmrəyliyi və dözümlülük ovqatını daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. Bu mübarək gündə bir daha hamınıza Ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq
Newsport.az Kollektivi