Yığmamızın rəqibləri müəyyənləşdi

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, D qrupunun dördüncüsü kimi növbəti mərhələyə adlayan yığmamızın rəqibləri müəyyənləşib.

Millimiz A qrupunda ilk 4 yerin sahibi İtaliya, Dominikan Respublikası, Xorvatiya və Almaniya ilə birgə mübarizəni E qrupunda davam etdirəcək.

"Qızıl xallar"ın da saxlanılacağı mübarizənin yekununda ilk 3 yerin sahibləri "pley-off"a vəsiqə qazanacaqlar. 

Qeyd edək ki, Azərbaycan millisi ilk matçını meydan sahibləri İtaliyaya qarşı keçirəcək. 


 


1 oktyabr
I tur
23.00. İtaliya - Azərbaycan

 

2 oktyabr
II tur
20.00. Dominikan Respublikası - Azərbaycan

 
4 oktyabr
III tur
23.00. Xorvatiya - Azərbaycan

 

5 oktyabr
IV tur
20.00. Almaniya - Azərbaycan





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right