Dünya çempionunun valideynləri ölkə başçısından kömək istəyir

Karate üzrə dünya çempionu Məhərrəmov Vahidin valideynləri oğullarının uğurlarını qeydə alınmayaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi Universitetinə qəbul olunmadığına görə, prezidenti və xanımına müraciət edib.

Newsport.az həmin müraciəti olduğu kimi diqqətinizə çatdırır:

 

Azərbaycan Respublikasının Prezidenti

Möhtərəm İlham  Əliyev  Cənablarına ,

Heydər Əliyev Fondunun  Prezidenti

Hörmətli  Mehriban xanım Əliyevaya ,

Dövlət Bədən Tərbiyəsi və İdman  Akademiyasının rektoru  Ağacan  Abiyevə

Karate  Federasiyasının  Prezidenti, Milli Məclisin  üzvü, 

Ülvi  Quluyevə,

Gənclər  və  İdman Naziri

Azad  Rəhimova

                       

Bakı şəhəri , H. Cavid pr- ti ,577-ci məhəllə , ev 87 , mənzil 325-də daimi qeydiyyatda olan Məhərrəmov Vahid Tofiq oğlunun anası Məhərrəmova Naida Nazim qızı , atası Məhərrəmov Tofiq Xanlar oğlu tərəfindən

(Əlaqə tel. 050 320 – 81 – 29)

 

 

 

                                                                  M Ü R A C İ Ə T 

Bizim oğlumuz Məhərrəmov Vahid Tofiq oğlu idman sahəsini seçərək 13 yaşından  dünya çempionatlığını qazanaraq Azərbaycanımızı təmsil edib bayrağımızı qaldırıb və bu vaxta qədər Respublika, Dünya və Avropa Çempionatlarını qazanaraq indiyədək olkəmizə çox sayda qızıl  medallar gətirmişdir. Çox sağ olsunlar ki , idman sevərlərin sayəsində dövlətimiz  və hökumətimiz  gənc idmançı  uşaqların  imtahansız  İdman Akademiyasına qəbul olunması  üçün Təhsil  haqqında Qanuna  26.5 maddəsini qəbul etdirib . 

Həmin Qanuna istinad olunaraq BJKKF,AQOKKNF-nin prezidenti İOQKF-nin №  054 saylı və 053 saylı  “07“  iyul  2014–cü il tarixli məktubundan sübut olunur ki ,Azərbaycan Respublikasının Təhsil  Haqqında Qanunun 26.5 maddəsi ilə bizim oğlumuzun İdman Akademiyasına qəbul olmağı təmin edilməli və TQDK tərəfindən qəbulolma siyahısına salınmalı və ona  tələbə bileti verilməlidir .Yuxarıda qeyd olunan çempionatları qazandığına , ölkəmizə kubok , qızıl medallar , diplom və “qramotalar” gətirdiyinə, Azərbaycanımızı təmsil etdiyinə və qəbul olunmuş qanuna  görə  oxumaq  bizim oğlumuzun haqqıdır . Lakin uşağın tələbə biletinin konkret kim və hansı qurum tərəfindən verilməsi hələ də bilinmir. Oğlumuzun tələbə biletinin verilməsinə kömək etməyinizi  Sizdən xahiş edirik .

İnanırıq ki, H.Əliyev siyasətinin davamçıları  olan hər bir vəzifə sahibi bu məsələyə kömək edəcəkdir. 

 

Mənbə: Qafqaznews.az saytı

 

 

 

 







Digər albomlar




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right