Güləşçilərimiz U-23 Avropa çempionatına hazırlıqları davam etdirir

29 mart - 3 aprel 2016-cı il tarixdə Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.

Newsport.az-ın məlumatına görə, U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq.

Yığma komandalarımız çempionata hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir. Təlim-məşq toplanışında ümumilikdə 18 sərbəst, 27 yunan-Roma və 12 qadın güləşçi yer alıb.

Çempionatın proqramına əsasən, 29-30 martda yunan-Roma, 31 mart - 1 apreldə qadın, 2-3 apreldə isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.

Xatırladaq ki, ötən il ilk dəfə keçirilən U-23 Avropa çempionatında yığma komandalarımız ümumilikdə 1 qızıl, 2 gümüş və 6 bürünc medala sahib olub. (AGF)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right