İtaliyada qadın voleybolçular arasında təşkil olunun voleybol üzrə dünya çempionatı davam edir.
Newsport.az-ın məlumatına görə, turnirdə mübarizə aparan Azərbaycan yığması bu gün qrup mərhələsində son oyununu keçirəcək.
Komandamızın rəqibi Kuba voleybolçuları olacaq.
Xatırladaq ki, Azərbaycan millisi bundan öncə Yaponiya və Puerto-Rikoya 3:2 hesabı ilə qalib gəlib, Çinə və Belçikaya 0:3 hesabı ilə məğlub olub.
28 sentyabr
Dünya çempionatı
D qrupu
13:30. Azərbaycan - Kuba