Güləşçi qızlarımızdan rekord nəticə

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclərin Dünya çempionatında qızların yarışları başa çatıb. 
 
Newsport.az saytının məlumatına görə, gənc qızların yarışında böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Şəfəq Muradzadə (48 kq), Almaz İsmayılova (51 kq), Solmaz Həşimzadə (55 kq), Elmira Qəmbərova (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) ölkəmizi təmsil edib. 
 
Gənc qızlarımız 1 qızıl və 2 bürünc medal qazanmaqla Azərbaycan güləşində yeni tarix yazıblar. Bu, son 5 ildə gənc qızların qazandığı ən yüksək nəticədir. Nəzərə alsaq ki, qadın güləşi ölkəmizdə yeni yaranmış bir idman sahəsidir. O zaman bu nailiyyətin əhəmiyyəti daha da böyükdür. 
 
Xatırladaq ki, gənc qızlarımız indiyə qədər qatıldıqları Dünya çempionatlarında ilk qızıl medalı 2010-cu ildə qazanıb. 2013-cü ildə isə, analoji yarışı qızlarımız 2 bürünc medalla tamamlayıb. Bu dəfəki Dünya çempionatında isə, son 4 ildə qazanılan qədər medal qazanılıb - 1 qızıl və 2 bürünc.  
 
Bu nəticə ilə yığmamız komanda hesabında Yaponiya və Rusiyadan sonra 3-cü pillədə qərarlaşdırıb. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right