İtaliyada voleybol üzrə dünya çempionatı davam edir.
Newsport.az-ız məlumatına görə milli komandamız bu gün növbəti oyununu keçirib. Komandamız üçüncü görüşdə Puerto-Riko kollektivi ilə qarşılaşıb. Gərgin keçən voleybol oyununda sevinən tərəf millimiz olub. Qızlarımız 3-2 hesabı ilə qələbə qazanaraq 4 xalla üçüncü yerə yüksəlib.