Fariz Məmmədov: "İdmanda istədiyim hədəfə çatdım.Artıq evlənmək vaxtıdır"

"İdmanda istədiyim hədəfə çatdım. Artıq boksda heç nə istəmirəm. Arzum bundan sonra millətə və dövlətə xidmət etməkdir".

Newsport.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın peşəkar boks tarixində ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğunu əldə edən Fariz Məmmədov deyib.

O, bildirib ki, artıq işini Azərbaycan Həvəskar Boks Federasiyasında davam etdirəcək. Fariz Məmmədovun sözlərinə görə, əgər ölkəmizdə Peşəkar Boks Federasiyası açılarsa, bu sahədə çox gözəl potensial mövcuddur. Çünkü Azərbaycanda çox perspektivli gənclər var. 

Döyüşlə bağlı təəsuratlarını bölüşən boksçu deyib: "Səhflərə də yol verdim. Boş zərbələr aldım. Əvvəlcə taktikanı düz qurmadım. Altıncı raundda toparlandım. Mən bilirdim ki rəqib 8-ci raundda döyüşə bilməyəcək. Amma çox təcrübəli boksçuydu".

"Gördüyünüz kimi, rəqib mənə revanş təklif elədi, ancaq bilirsiz, çox yorulmuşam. Bugünkü döyüşdə də hiss elədim ki, artıq bəsdir - karyeranı başa vurmağın vaxtıdır".

"Üçüncü roundda hiss elədim ki, nəfəsim çatdırmır. Bu yorğunluq deyildi, sadəcə, iki dəfə öz ölkəndə döyüşüb uğursuzluğa düçar olmaq və yenidən doğma meydanda o psixoloji yükü daşımaq - ağırlıq verdi mənə. Həm də gördüm ki, rəqib var-gücümlə başdan vurduğum zərbəyə heç reaksiya vermədi. Ancaq məşqçilər məni ayıltdılar. Altıncı rounddan sonra, elə bil, nəfəsim açıldı, artıq neyləmək istədiyimi bildim, başladım planlı işləməyə"

 "Rəqib çox ağıllı döyüşçü idi. Məşqçilər mənə hələ döyüşdən əvvəl demişdilər ki, zənci idmançıların yaxşı nəfəsi olur. Hazırlığımız həm də buna uyğun getmişdi. Əsas məqsəd onun qara ciyər nahiyəsinə ağır zərbələr vurmaq idi. Yəni başa zərbələrdən çox məqsəd qarın nahiyəsini hədəfləmək idi, taktikanı bunun üzərində qurmuşduq. Dördüncü roundda ukraynalı məşqçilərim dedilər ki, xahiş edirik, qara ciyərinə tərəf ağır zərbələr vur. Onlar hiss eləmişdilər rəqibin zəif nöqtəsini. Ümumiyyətlə, qara ciyər nahiyəsinə tutarlı zərbə alınsa, rəqib 30 saniyəyə qədər özünü tam toparlaya bilmir. Belədə fiziki gücün imkan versə, ardıcıl o nahiyəyə zərbələr endirə bilsən, döyüş sənin olar"

 "Şükürlər olsun ki, 15 il gözlədiyim, hədəflədiyim bir məqsədə nail oldum. Məncə, mənə Allah kömək oldu. Bilirsiz, iki dəfə öz meydanında döyüş keçmirmiş, öz meydanında məğlub olmuş idmançıya mən heç vaxt üçüncü dəfə dəstək olmazdım. Çünki sən ölkənin adını təmsil edirsən. Ancaq "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov və vitse-prezident Fariz Nəcəfov məni sonadək dəstəklədilər. Şükürlər olsun ki, əziyyətimiz heçə getmədi. Bu qələbəni də onlara, bütün Azərbaycan xalqına həsr edirəm. İndi rahatca karyeranı başa vura bilərəm. Ancaq uduzsaydım, fikrimdə tutmuşdum, uraynalı məşqçilərə qoşulub, "başımı da götürüb",  sabah birbaşa Ukrayanaya uçacaqdım. Bir də, Allah bilir, haçan qayıdardım. Şükür olsun ki, hər şey yaxşılıqla nəticələndi".

"Mənə dəyən hər zərbə bəlkə anamın ömründən nə qədər aparırdı. Bu haqda əvvəllər də danışmışam. Bugünkü döyüşümsə yəqin ki, anamın ömrünü uzadar"

"Artıq bəsdi... Çox yorulmuşam. Bugün bunu tam hiss elədim. Artıq evlənmək vaxtıdır. Bəsdir otellərdə qaldım, orda məşq, burda məşq... Mənim də ailəm olsun, ev xörəkləri yeyim". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right