İtaliyada qadın voleybolçular arasında dünya çempionatı davam edir.
Newsport.az -ın məlumatına görə, Azərbaycan milli komandası bu gün turnirdə ikinci matçını keçirib.
İlk görüşündə Yaponiya yığmasına 3:2 hesabı ilə qalib gələn komandamız bu dəfə digər Asiya təmsilçisi Çin millisi ilə üz-üzə gəlib. Oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb - 0:3. Qrupumuzun digər görüşlərində isə Belçika Yaponiya ilə, Puerto-Rika Kuba ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi iki oyundan sonra 3 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
24 sentyabr
Dünya çempionatı, II tur
Azərbaycan - Çin - 3:0 (13:25, 16:25, 17:25)