AZAL "Bakı-2015"-ə sponsorluq edəcək RƏSMİ

Bu gün “Fairmont Baku” otelində “Bakı-2015” Avropa Oyunları ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb.

Newsport.az AzərTAc-a istinadən  xəbər verir ki, müqaviləni gənclər və idman naziri Azad Rəhimov ilə AZAL-ın vitse-prezidenti Sabir İlyasov imzalayıblar.

Bildirilib ki, müqaviləyə əsasən, hər il 1,7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsində xidmət göstərən şirkət gələn il Avropa Oyunları ilə bağlı Bakıya gündəlik uçuşların sayını artıracaq.

Daha əvvəl “P&G”, “Tissot”, “bp”, “Nar Mobile” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Bakı-2015”in rəsmi tərəfdaşları olub. AZAL altıncı rəsmi tərəfdaş kimi Avropa Oyunlarına qoşulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right