Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında 1 günlük fasilə başa çatıb. Newsport.az saytının məlumatına görə, yarışın VI turunda Azərbaycan milliləri Gürcüstan və Puerto Riko ilə üz-üzə gəliblər.
Bir tur öncə Serbiya ilə matçda qələbə seriyasını dayandıran Aleksandr Xalifmanın yetirmələri bu dəfə xal itirməyiblər. Əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edən yığmamızın qalib gəlib.
Son 2 qarşılaşmada xal qazana bilməyən qadınlardan ibarət millimizi isə Puerto Rikonu sınağa çəkib. Fikrət Sideifzadənin başçılıq etdiyi komandamız xal ehtiyatını yaxşılaşdırıb və xeyli irəliləyib.