2016-cı ildə Rio de Janeyroda keçiriləcək olimpiya oyunlarına lisensiza verəcək turnirdə Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun rəqibi - London Olimpiadasının üçüncüsü , Rusiya idmançısı Andrey Zamkovun məşqçisi Eduard Kravstov boksçumuz haqda fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, o, Rusiya mətbuatına deyib ki, F.Məmmədovun peşəkar boksda çox böyük təcrübəsi var:
"Ona görə də Andrey Zamkova onunla görüşdə çətin olacaq. Bundan başqa, Fariz Məmmədovla döyüş Bakıda olacaq. Bu mənada boksçumu çətin və ciddi görüş gözləyir".
Qeyd edək ki, AİBA-nın olimpiya lisenziyalı ilk turnirinin ilk döyüşü gələn ay Bakıda keçiriləcək.