Ispaniyanın Bilbao şəhərində keçirilən şahmat üzrə Avropa Klubları Kuboku başa çatıb.
Newsport.az saytının məlumatına görə, altıncı turda Azərbaycanın “SOCAR Azerbaijan” klubu öz rəqiblərinə böyük hesabla qalib gəlib.
Belturda bizim şahmatçılar Rusiyanın “Malakhite” klubu ilə qarşılaşıb. Tur 5:1 hesabı ilə “SOCAR Azerbaijan” klubunun xeyrinə başa çatıb.
Şəhriyar Məmmədyarov, Maykl Adams, Aniş Giri və Vanq Hao hərəsi öz aktivinə bir xal əlavə edib, Veselin Topalov və Teymur Rəcəbov isə xalları rəqibləri ilə bölüşüblər.
Beləliklə, Azərbaycan klubu “SOCAR Azerbaijan” komanda hesabına 12 xal yazaraq yarışın başa çatmasına bir tur qalmış öz qələbəsini təmin edib və Avropa Klubları Kubokunun sahibi adını qazandı.
Azərbaycanın ikinci klubu “Оdlar Yurdu” Hollandiyanı təmsil edən “En Passant ” komandasını 5.5 :0,5 hesabı ilə məğlub edərək turnirin dördüncüsü olub.