Pərviz Abdullayev "Glory World Series"in qalibi oldu

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan "Glory World Series"də rinqə çıxıb və qələbə qazanıb.

Newsport.az-ın məlumatına görə, Hollandiyanın paytaxtı Amsterdamda baş tutan döyüşdə idmançımız mərakeşli Aziz Kallahla üz-üzə gəlib.

3 raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdilliklə döyüşü üstün keçirən Pərvizin xeyrinə qərar veriblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right