Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Kamil Əliyev Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli dünya çempionatında uzunluğa tullanmada 7.13 metr nəticə göstərərək çempion adına layiq görülüb.
Newsport.az-ın məlumatına görə, K.Əliyev “Rio de Janeyro-2016” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.
Dohada keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.
Report