Pərviz Abdullayev Rumıniyada qələbə qazandı

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən Pərviz Abdullayev növbəti döyüşünü keçirib.

Newsport.az-ın  məlumatına görə, o, Rumıniyanın Sibiyu şəhərində təşkil olunan kikboksinq üzrə ACB KB 3 Grand Prix turnirində rinqə çıxıb.

72,5 kq çəki dərəcəsində çıxış edən "Kobra" ləqəbli idmançımız rumıniyalı Haris Ferizoviç ilə qarşılaşıb. 3 raund davam edən döyüşün qalibi hakimlərin qərarı ilə bəlli olub. Onların rəyinə əsasən hər 3 hissədə daha üstün olan Abdullayev bu görüşdə qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right