Boksçumuz dünya çempionu oldu

Qətərin paytaxtı Dohada təşkil olunan boks üzrə dünya çempionatı davam edir. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının iki üzvü bu gün qızıl medal uğrunda döyüşüb. 

52 kq çəkidə mübarizə aparan Elvin Məmişzadə həlledici görüşdə Kuba təmsilçisi Yosbani Veytia ilə qarşılaşıb. Rəqibinə 3:0 hesablı qalib gələn boksçumuz dünya çempionu adını qazanıb.

Digər təmsilçimiz 60 kq çəki dərəcəsində çıxış edən  Albert Səlimov isə Lazaro Alvaresə uduzaraq gümüş medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right