Şahmatçıların Avropa çempionatı üçün heyəti məlum oldu

Şahmat üzrə Avropa komanda çempionatında iştirak edəcək Azərbaycan yığmalarının heyəti məlum olub.
 
Newsport.az-ın məlumatına görə, Reykyavikda keçiriləcək çempionatda Azərbaycanın kişilərdən ibarət yığmasının heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli mübarizə aparacaqlar. Komandanın kapitanı Aleksandr Xalifman olacaq. 
Qadın şahmatçılardan ibarət yığmanın heyətinə Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xəyalə Abdulla və Nərmin Kazimova daxildirlər. Komandanın kapitanı Fikrət Sideifzadədir.
Avropa çempionatı noyabrın 12-dən 22-dək İslandiyanın paytaxtında keçiriləcək.
Xatırladaq ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması son Avropa çempionatının qalibidir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right