Qatarın paytaxtı Dohada boks üzrə dünya çempionatı başlayıb.
Newsport.az-ın məlumatına görə, boksçularımızdan ilk olaraq 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor rinqə çıxıb. Milli komandamızın üzvü kanadalı Artur Biyarslanovu məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimizin növbəti rəqibi əlcazairli Abdelkader Çader olacaq.
Dünya çempionatının debütantı - 49 kq-da mübarizə aparan Rüfət Hüseynov da yarışa qələbə ilə başlayıb. Həmyerlimiz mərakeşli İmad Ahyounu məğlub edib. Hüseynov növbəti mərhələdə özbəkistanlı Hasanbay Dusmatovla üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatında ölkəmizi təmsil edən digər boksçular - Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.