Ruslar yenə qitənin ən güclüsü oldu!

Voleybolçu qadınlar arasında növbəti Avropa çempionatı başa çatıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin də mübarizə apardığı qitə birinciliyi Rusiyanın qələbəsi ilə yekunlaşıb. Niderland və Belçikanın birgə təşkilatşılığı ilə baş tutan çempionatın finalında şimal qonşularımız meydan sahibləri ilə qarşılaşıblar. Niderlandlı voleybolçular ruslar qarşısın aciz qalıblar. 

Quru hesablı qələbə ilə Rusiya ardıcıl ikinci, ümüumilikdə isə 19-cu çempionluğunu rəsmiləşdirib. Üçüncü yer uğrunda isə Serbiya və Türkiyə mübarizə aparıb. Serblər rəqibə heç bir şans verməyib və çətinlik çəkmədən bürünc medala sahib çıxıblar. Uğursuz çıxışı ilə yadda qalan millimiz Avropa birinciliyini 14-cü pillədə başa vurub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right