Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi də mübarizəyə başlayıb. B qrupunda qərarlaşan millimizin ilk oyununda Türkiyə ilə üz-üzə gəlib. Qardaş ölkə təmsilçisi millimizə heç bir şans verməyərək oyunu 3:0 hesabı ilə öz xeyirlərinə başa vurub. Qeyd edək ki, B qrupda digər rəqiblər Macarıstan və Belçika milliləridi.