Ötən gecə Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına yekun vurulub.
Newsport.az saytının məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” "Bakcell Arena”da Yunanıstanın PAOK klubunu qəbul edib. Qarşılaşma 0-0 hesablı bərabərliklə başa çatıb. Matçdan sonra PAOK-un aparıcı siması Rikardo Koşta oyun haqqında fikirlərini bildirib. Jurnalistlərə açıqlama verən Koşta oyunun çətin keçdiyini bildirib:
"Bizim üçün yaxşı oyun olmadı. Meydana üç xal üçün çıxmışdıq. Heç-heçəni pis nəticə saymıram. Çünki ilk oyunumuz idi. "Qəbələ” çox yaxşı komandadır. Heyətində cəld vəsürətli oyunçular var. Əks hücumlar zamanı bunu hiss edirdik. "Borussiya Dortmund” çox gülü komandadır. Bunun üçün də, belə oyunlarda mütləq 3 xal qazanmalıyıq. Amma təəssüf ki, bunun öhdəsindən gələ bilmədik. "Panatinaikos”un qisası barədə düşünmürdük. "Qəbələ” Afina təmsilçisini keçmək üçün böyük iş gördü. "Qəbələ” hər iki oyunda onlara qarşı yaxşı oynadı. Ümümi götürdükdə "Qəbələ”nin yaxşı və baxımlı futbol oynadığını deyə bilərəm. Komandanızın qapıçısı barədə xüsusi danışmaq istəyirəm. Bu gün sadəcə möhtəşəm idi. Fakundo da, yaxşı futbolçudur. Onun "Qəbələ”yə xeyli köməyi dəyəcək.”