Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən "Turan Tovuz" bu gün yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Newsport.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi Türkiyənin "Fənərbaxça" klubu ilə üz-üzə gələcək.
Dostluq matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
3 oktyabr
20:00. “Turan Tovuz” - “Fənərbaxça”
Tofiq Bəhramov adına Respublika stadionu.