UEFA Rusiyaya təzminat ödəyib

UEFA 2021/2022 mövsümündə Çempionlar Liqasının final oyununun yerinin dəyişdirilməsinə görə Rusiyaya təzminat ödəyib.

Newsport.az-ın məlumatına görə, bu barədə oyunun hazırlıq üzrə təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin məlumat verib.

O, UEFA-dan xərclərə görə kompensasiya alındığını bildirib. Sorokin təzminatın bütün podratçılara ödəndiyini vurğulayıb.

UEFA final oyununu Ukrayna ilə müharibəyə görə Sankt-Peterburqdakı “Qazprom Arena”dan alıb. Fransanın paytaxtı “Stad de Frans”dakı matçda “Real” “Liverpul”u məğlub edib – 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right