"Qarabağ"ın kapitanı "Ferentsvaroş"a qarşı oynayacaq?

"Qarabağ"ın kapitanı Maksim Medvedev Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Ferentsvaroş"a qarşı Macarıstanda keçiriləcək cavab matçında böyük ehtimalla oynamayacaq.

Newsport.az saytına verilən məlumata görə, belindəki ağrılar Medvedevin cavab oyununda meydana çıxmasına imkan vermir.  

Mənbənin iddiasına görə, Medvedev Macarıstana da aparılmayıb. Təcrübəli futbolçu zədə səbəbindən “Ferentsvaroş”a qarşı ilk matçı və Premyer Liqanın 1-ci turunun “Səbail”lə görüşünü buraxmalı olmuşdu. 

​Xatırladaq ki, “Ferentsvaroş” – “Qarabağ” matçı avqustun 9-da “Qroupama Arena”da Bakı vaxtilə saat 22:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right