"Qarabağ" Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edir.
Newsport.az-ın məlumatına görə, qarşılaşmanı izləyənlər arasında "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa da var. Belaruslu mütəxəssis Tofiq Bəhramov adına Respublika Stadionunun tribunasında yerini alıb.
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" qarşılaşması saat 20:00-da start götürəcək.
