Çerçesov: "İsti oyunumuza təsir etdi"

Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) ilk oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Stanislav Çerçesov mətbuat konfransında iştirak etdi.

Newsport.az-ın məlumatına görə, rusiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırdı...

- “Qarabağ”ın 4 aparıcı futbolçusu meydanda yox idi. Cavab matçında onlar oynaya biləcək...
- Həmin “Qarabağ”la bugünkünü yalnız oyundan sonra müqayisə edə bilərik.

- İkinci hissədə komandanız tamamilə müdafiəyə çəkilmişdi. Heç-heçəyə oynayırdız?
- Rəqib öz meydanında oynayırdı. Azarkeş amili var, onlar “Qarabağ”ı daim irəli səsləyirdilər. Müəyyən anlarda geri çəkilirdik, amma bu, tam müdafiədə oynamağımız anlamına gəlmir. Hava şəraiti də öz sözünü dedi. İsti oyunumuza təsir etdi. Bizim də qol epizodlarımız oldu. Bu da onu göstərir ki, heç də geri çəkilməmişdik.

- Komandanızın oyunundan daha çox razı qaldız, yoxsa nəticədən?
- Var oyun, var nəticə. Komanda sabah bütün lazımi sözləri məndən eşidəcək. Bəzi şeyləri daxildə müzakirə edirik, bunlar ictimaiyyət üçün deyil. Həmin məqamları növbəti oyunda nümayiş etdirəcəyik.

- Bu gün sizə rəqib olan Ramil Şeydayev bir vaxtlar Rusiya futbolunun gələcəyi hesab edilirdi. Onun hazırkı səviyyəsi barədə nə deyə bilərsiz?
- Şeydayevi çox yaxşı tanıyıram. Amma indi o, başqa komandanın oyunçusudur. Ramilin oyununu həmkarım qiymətləndirməlidir. Mənim Şeydayevə qiymət verməyim düzgün olmazdı.

- Növbəti mərhələ şanslarını neçə faiz dəyərləndirirsiz?
- Bu hesab o deməkdir ki, cavab matçında hər şey yenidən başlayacaq.

- Matçdan öncə rusiyalı mütəxəssislərin əksəriyyəti komandanızın asan qələbə qazanacağını deyirdi. Oyundan sonra nə deyə bilərsiz, asan oyun idi, yoxsa çətin?
- Bu suala cavab vermək istəmirəm. Heç bir fakta əsaslanmır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah