Mahirin komandası Şimali Makedoniya səfərində

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

 

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geydiyi "Dinamo" "Şkupi" (Şimali Makedoniya) ilə qarşılaşacaq. Zaqreb təmsilçisi evdə 2:2 hesablı heç-heçə etdiyi rəqiblə səfərdə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində sözügedən duelin zəifi ilə görüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right