“İnter” AZAL üçün itkilərlə hazırlaşır

Məlum olduğu kimi, sabah Azərbaycan Premyer Liqasında 5-ci tura start veriləcək.
 

Newsport.az-ın verdiyi məlumata görə, Azal Arena stadionunda "İnter" AZAL komandasının qonağı olacaq, Saat 21.00-da başlayacaq oyuna İnter Arena stadionunda hazırlaşan Zaur Svanadzenin yetirmələri dünən axşam növbəti məşqinə çıxıb. Məşq prosesinə isinmə hərəkətləri ilə başlayan furbolçular sonradan topla müxtəlif tapşırıqları yerinə yetiriblər. Hazırlıq prosesi ikitərəfli oyunun keçirilməsi ilə yekunlaşıb.

Onu da qeyd edək ki, "İnter" bu oyuna tam heyətlə hazırlaşa bilmir. Belə ki, zədəli Rauf Əliyev və İvan Benites hazırda komanda ilə birgə məşq etmir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right