"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl "Tottenhem"lə matçdan sonra açıqlama verib.
Newsport.az-ın Londona ezam olunmuş əməkdaşının verdiyi məlumuta görə, Gözəl məğlub olmalarına baxmayaraq, komandanın çıxışından razılıq bildirib: "
“Tottenhem”in forvardının qiyməti 60 milyondu. Buna baxmayaraq uşaqlar sona kimi mübarizə apardı, yaxşı oynadı. “Tottenhem”in ilk qolundan sonra özümüzü itirdik. Amma buna rəğmən mən öz oyunumuzdan razı qaldım. “Qarabağ”la fəxr edirəm, ürəklərilə oynadılar. Bakıdakı oyunda biz “Tottenhem”in cavabını verə bilərik.
Yaxşı komandamız var. Qrupda da heç nə itirlməyib. Çox çətin qrupa düşmüşük. Sona kimi mübarizə aparacağıq ki, qrupdan çıxaq. Qurban Qurbanovun istədiklərini etdik, bu cür oyunçular aldıq. İndi qalib gəlmək lazımdı”.