"Xəzər dənizinin sahilində piyada gəzmək üçün ümumi uzunluğu 3,7 km olan sahil xətti var. Onun yaxınlığında isə muzeylər, teatrlar, idman mərkəzləri, abidələr mövcuddur. Bütün bunlar Azərbaycanın paytaxtı Bakıda yerləşir”.
Newsport.az-ın məlumatına görə, bu fikirlər PAOK-un rəsmi saytında yazılıb.
Avropa Liqasının qrup mərhələsini ilk oyununda bu gün "Qəbələ” ilə qarşılaşacaq Yunanıstan təmsilçisinin rəsmi saytı ölkəmiz və xüsusən matçın keçiriləcəyi paytaxtımız Bakı haqqında məlumatı izləyicilərə təqdim edib.
Həmin yazıda Azərbaycanın Yunanıstanla bağlılığı barədə qeydlər xüsusilə maraqlıdır: "Burda Yunanıstanla bağlılıq da tapmaq olar. Belə ki, bu ölkənin ərazisində Makedoniyalı İsgəndərin Qafqaz Albaniyasına hücumundan yadigar qalan tetradrahmalar tapılıb. Çünki Qafqaz Albaniyasının ərazisinin böyük hissəsi elə indiki Azərbaycana düşür. Maraqlıdır ki, buranın (Albaniya – red.) adı bizə qonşu olan ölkənin adı ilə eynidir. Bu, tarixin sirlərindən biridir. Bəzən iddia olunur ki albanlar Qafqazdan Balkan yarımadısına köçüb gəlib. Amma heç kim nəsə dəqiq deyə bilməz. IX əsrə qədər bu torpaqlardakı insanlar xristinalığa sitayış edib. Amma sonradan müsəlmanlığı qəbul ediblər”.
Müəllif yunanlarla növbəti bağlılığı metroda tapıb: "Hətta Nizami metrostansiyasında İsgəndərin təsvir olunduğu 2 mozaika da var”.

Saytda paytaxtımız haqda da maraqlı qeydlər yer alıb: "Azərbaycan Respublikasının paytaxtı Xəzər Dənizindəki yarımadanın cənub sahilində yerləşən Bakıdır. Şəhər əsasən 2 hissədən ibarətdir: köhnə və təzə şəhər. Xəzər Dənizinin sahilindəki, ümumiyyətlə, Qafqazın ən böyük şəhəridir. Yaranışı eramızın V-VI əsrinə gedib çıxır. Şəhərin tarixi mərkəzi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ümumiyyətlə, Bakı ölkənin elmi, mədəni mərkəzidir. Turizmin güclü inkişaf etdiyi ölkənin əsas şəhərində Alov qüllələri rəmzi xarakter daşıyır. Xüsusən gecə vaxtı onun üzərində xüsusi qrafika ilə müəyyən səhnələr (bayrağın rəngləri, bayrağın dalğalandırılması və s) canlandırılır. Şəhərin ümumi görünüşü, futuristik dizaynı onun tatixini, müasirliyini göstərir. Bakı sğzünün mənası farsca "küləklər şəhəri” deməkdir. Əhalinin sayı 2 milyonu keçib. Şəhərin əsas simvollarından biri "Qız qalası” sayılır. Bakı çox qədim şəhərdir. Şirvanşahlar sarayında çox qədim dövrə aid eksponatlar tapılıb. Onların yanında isə şəhərdə zadəganların da yaşadığını göstərən yeni, müasir tipli binalar da var”.

Sonda yazının müəllifi Azərbaycanın dünyada əsasən neft-qazıyla tanındığını qeyd edib: "Mətbəxi zəngin olan, ət yeməklərinin üstünlük təşkil etdiyi ölkə 1991-ci ildən müstəqillik qazanıb. Qısa müddətdə xeyli inkişaf edib. İqtisadi inkişaf yüksəkdir. Onu dünyada ən çox tanıdan isə neft və qaz ehtiyatlarıdır. Bu torpaqlar çoxdan bəhrəlidir. Hətta zərdüştlük dövründə torpaqdan od çıxmasına görə, oda da sitayiş edilib. İndi isə dünya üzrə neft-qaz sənayesində xüsusi çəkiyə malikdilər”.