"Zirə" iki futbolçusu ilə vidalaşdı

"Zirə" iki futbolçusu ilə yollarını ayırıb.

Newsport.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub Fakundo Melivilo və Şəhriyar Rəhimovla vidalaşıb.

Argentinalı hücumçu ilə bağlanmış müqavilə başa çatıb, Rəhimov isə qarşılıqlı razılaşma əsasında komandadan ayrılıb.

"Qartallar" futbolçulara klub üçün göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right