"Simurq"un prezidenti həbs olundu: Klubdan rəsmi məlumat

Azərbaycanda son günlər kredit oliqarxlarının həbs dalğasına daha 3 nəfər qoşulub.

Newsport.az-ın məlumatına görə, bu dəfə saxlanılanlar da Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdi.

Həmin banka 200 milyon dollar borcu olan “Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev də saxlanılıb. Həbs olunanların siyahısında “Simurq” futbol klubunun prezidenti Anar Bəkirov da var. Saxlanılan hər üç şəxs "Bandotdel”ə aparılıb.

Qeyd edək ki, "Simurq"un da sahibi olan Cahangir Hacıyev bir müddət öncə Azərbaycan Beynəlxalq Bankındakı idarə heyətinin sədri vəzifəsindən gedib. Bu hadisədən sonra Zaqatala klubu dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

*** *** *** 

 Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev prezidentin həbsi ilə bağlı bunları deyib:"Hazırda mətbuatda "Simurq"un prezidenti Anar Bəkirovun həbs olunması ilə bağlı informasiya həqiqəti əks etdirmir. Bir deqiqe bundan qabaq şəxsən özü ilə danışmışam. İstintaqa çağrılıb. Əlave nə melumat olsa Sizlere melumat verilecek".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right