“Zirə”də gözlənilməz ayrılıq

“Zirə” PFK Kayo Rangel da Silva ilə yollarını ayırıb.
 
Newsport.az xəbər verir ki, Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
“Zirə” PFK futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
 
Xatırladaq ki, Kayo “Zirə”yə bu yay transfer olunmuşdu. Əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu son vaxtlar ümumiyyətlə, zədə üzündən oynamırdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right